futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” İK “Baku Fire” kollektivini 5:4 hesabı ilə üstələyib.
Ardınca “Şuşa” “Yasamal Bakı” komandasına 6:3 hesabı ilə qalib gəlib.
Günün son matçında isə “Araz-Naxçıvan” U-19-u 15:1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyə yüksəlib.