futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Neftçi” Misli Premyer Liqasının XIII turunda “Zirə”yə qarşı keçirəcəyi oyunun biletlərini satışa çıxarıb.
Futbolpress.az xəbər verir ki, qiymətlər 2, 3 və 15 AZN-dir.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və “bilet.neftchi.az” saytından onlayn əldə edə bilərsiniz.
Noyabrın 27-də keçiriləcək “Neftçi” – “Zirə” oyununa saat 19:00-da start veriləcək.
“Neftçi” 27 xalla turnir cədvəlində liderdir. “Zirə” isə 20 xalla 5-cidir.