Liderlər Bakıda şam yeməyində bir araya gəldilər VİDEO

12.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub.

Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/modern_azz/41819

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью