Liderlər Bişkek Bəyannaməsi İMZALADI

01.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qırğızıstanın paytaxtında keçirilən sammitdən sonra ŞƏT-ə üzv dövlətlərin liderləri təşkilatın 25-ci ildönümü ilə bağlı Bişkek Bəyannaməsini imzalayıblar.

“Cebheinfo.az” xəbər verir ki, ŞƏT-in 25-ci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi ilə yanaşı, ŞƏT-ə üzv dövlətlər üçün təhlükəsizlik problemlərinə və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Əsasnamə, ŞƏT-in Narkotiklərə qarşı Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi haqqında Əsasnamə və bir sıra digər sənədlər imzalanıb.

Xatırladaq ki, Qırğızıstan hazırkı sədr kimi Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edir. ŞƏT və ŞƏT+ tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və Hindistan Baş naziri Narendra Modi də daxil olmaqla, 17 ölkənin və altı beynəlxalq təşkilatın nümayəndələri iştirak edir. Tədbirlərə Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью