Icma.az, Axar.az saytına istinadən bildirir.
Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 17 dövlətin lideri iştirak edəcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, sammitə qatılacaq liderlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan da var.
Tədbirdə ŞƏT-ə üzv və tərəfdaş ölkələrin rəhbərlərindən başqa BMT-nin Baş katibi Antonio Quterreş, MDB və KTMT rəsmiləri də təmsil olunacaqlar. Genişləndirilmiş "ŞƏT +" formatında keçiriləcək iclaslarda regional təhlükəsizlik, beynəlxalq hüquq normaları, nəqliyyat dəhlizləri və rəqəmsal əməkdaşlıq layihələri masaya yatırılacaq. Sammitin yekununda təşkilatın 25 illiyi ilə bağlı ortaq bəyannamənin qəbulu gözlənilir.