Liderlər Ermənistanla bağlı qərar verəcək

05.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avrasiya İqtisadi Birliyinin (AİB) liderlərinə 2026-cı ilin dekabr ayına qədər Ermənistanın üzvlüyü ilə bağlı mümkün tədbirlər barədə hesabat təqdim ediləcək. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a verdiyi müsahibədə açıqlayıb.

İrəvanın üzvlüyünün dondurulması üçün hər hansı bir üsulun 2026-cı ilin dekabr ayına qədər nəzərdən keçirilib-keçirilməyəcəyinə gəldikdə, o deib: 

"Məqsəd mümkün tədbirləri nəzərdən keçirmək və dekabr ayına qədər üzv dövlətlərin liderlərinə məlumat verməkdir.

Aydındır ki, həmişə olduğu kimi, bu cür hallarda müvafiq maraqlı üzv dövlətlərdən ibarət işçi qrup yaradılacaq. Avrasiya Hökumətlərarası Şurasının üzvlərinə, ölkələrimizin hökumət başçılarına bu məsələləri nəzərdən keçirmək tapşırılıb. 

Onlar vəziyyəti qiymətləndirəcək və 2026-cı ilin dekabr ayında Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasına təkliflər təqdim edəcəklər". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью