Liderlər göstərdi ki, vasitəçi olmadan əlaqə saxlaya bilirlər

10.07.2025

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əbu-Dabidə keçirilən görüş onu göstərir ki, qeyri-müəyyənlik və bir neçə paralel qlobal münaqişələr şəraitində Ermənistan və Azərbaycan liderləri vasitəçi olmadan birbaşa əlaqə saxlayırlar“.

AzPost bildirir ki, bu sözləri  Ermənistan prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri, 90-cı illərdə sülh danışıqlarında iştirak etmiş Jirayr Liparityan BBC-nin Rus xidmətinə müsahibəsində bildirib.

O qeyd edib ki hazırda qeyri-müəyyənlik müasir beynəlxalq münasibətlərin əsas fərqləndirici xüsusiyyətidir: “Bəzi insanlar gözlənilməzliyin və xaosun yaradıcı ola biləcəyinə inansalar da, regionumuzda çox uzun müddətdir ki, xaos hökm sürür və bu, bizə yaxşı heç nə gətirməyib”, – deyə o qeyd edib.

Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən danışan Liparityan qeyd edib ki, “konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью