Liderlər İçərişəhərdə təsadüfən qarşılaşdılar FOTO

13.11.2024

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan dünya liderlərinin, Bakının tarixi mərkəzi, UNESCO Dünya İrs Siyahısında olan İçərişəhəri yaxından tanımaq məqsədilə ziyarətləri davam edir.

Modern.az xəbər verir ki, Qana Prezidenti  N. Akufo-Addo və Monteneqro Prezidenti Yakov Milatoviç də ərazini ziyarət ediblər.

Ziyarət zamanı hər iki ölkə başçısı təsadüfən İçərişəhərdəki Ənənəvi İncəsənət Mərkəzində qarşılaşıb, söhbət ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью