Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ və Çin nümayəndə heyətləri Çin Sədri Si Cinpinin ABŞ-yə gözlənilən səfərindən əvvəl Nyu-Yorkda iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər.
“Qafqazinfo” xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, Baş nazirin müavini He Lifengin rəhbərlik etdiyi Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək iqtisadi və ticarət danışıqları aparmaq üçün ABŞ-yə səfər edəcək.
Qeyd olunub ki, tərəflər iki ölkə liderlərinin əldə etdiyi razılığa uyğun olaraq qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələləri üzrə məsləhətləşmələr aparacaqlar.
ABŞ hökumət mənbələri daha əvvəl Nyu-Yorkdakı görüşlərdə süni intellekt, ticarət, nadir torpaq elementləri və digər iqtisadi məsələlərin müzakirə olunacağını bildiriblər.
Danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək maliyyə naziri Skott Bessent isə Çin tərəfi ilə “süni intellektin ortaq risklərini müzakirə etməyə açıq olduğunu” deyib.
Nyu-Yorkdakı görüşlər Si Cinpinin gələn həftə ABŞ-yə gözlənilən səfərinə hazırlıq məqsədi daşıyır.