Liderlərin bu jesti coşqu ilə qarşılandı VİDEO

08.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçirilən tədbirdə iştirakçıların alqışları ilə qarşılanıblar.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçıları Azərbaycan və Türkiyə bayraqları önündə bir araya gələrək əl-ələ tutub qollarını yuxarı qaldırıblar. Liderlərin bu jesti zalda böyük coşqu və alqışlarla qarşılanıb.

Qeyd edək ki, prezidentlər 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью