Liderlərin oyun günü

19.02.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan 1-ci liqasında 15-ci tur start götürəcək.

QOL.az xəbər verir ki, ilk oyun günüdə 3 matç keçiriləcək. 

Lider "Qəbələ" MOİK-in qonağı olacaq. 2-ci pillədəki "Karvan" "Cəbrayıl"la üz-üzə gələcək. 3-cü yerdəki "İmişli" isə "Zaqatala"nı qəbul edəcək.

Turun digər 2 matçı sabah oynanılacaq.

19 fevral (çərşənbə)

14:00. “Cəbrayıl” – “Karvan”

Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Orxan İbişov, Rövşən Rəcəbov

“ASCO Arena”

14:00. MOİK – “Qəbələ”

Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov

Binə qəsəbə stadionu

14:00. “İmişli” – “Zaqatala” 

Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov

Heydər Əliyev adına İmişli şəhər stadionu

20 fevral (cümə axşamı) 

“Baku Sporting” – “Mingəçevir”

“Difai” – “Qaradağ Lökbatan”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью