Liderlik uğrunda döyüş: “Karvan”ın da itkisi var, “Qəbələ”nin də

28.11.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün 1-ci liqada gərgin və nəticəsi maraqla gözlənilən oyuna şahidlik edəcəyik. Belə ki, 18 xalla lider olan “Karvan” ən yaxın izləyicisi, indiyə qədər 17 xal toplayan “Qəbələ”ni qəbul edəcək.

Bilindiyi kimi, belə əhəmiyyətli matçlarda itkilər – zədəli və cəzalılar xüsusi əhəmiyyət daşıyır. Görəsən, komandaların bununla bağlı durumu nə yerdədi?
“Football-plus.az” məlumat almaq məqsədilə həm yevlaxlıların, həm də qəbələlilərin mətbuat xidmətlərinə müraciət etdi. Məlum oldu ki, heyətlərdə cəzalı yoxdu. “Qəbələ”dən Eşqin Əhmədov, “Karvan”dan isə Xəzər Mahmudov zədəlidi.
Qeyd edək ki, oyun saat 14.30-da başlayacaq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью