Liderliyi qorumağa çalışacağıq Anastasiya Mertsalova

12.02.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Abşeron”un voleybolçusu Anastasiya Mertsalova Azərbaycan Yüksək Liqasının X turunda “Murov Az Terminal”a qarşı keçirdikləri oyun (3:0) haqda federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, o, qazandıqları qələbənin vacibliyini vurğulayıb:

“Növbəti qələbə münasibətilə komandamı təbrik edirəm. Bu, bizim üçün mühüm qələbə idi. Bilirəm ki, bu “Murov Az Terminal” üçün də vacib oyun idi. Onlar da yarımfinal uğrunda mübarizə aparırlar. Üçüncü setin sonları gərgin keçsə də, qələbə qazandıq. Qarşıda bizi 10 tur gözləyir. Liderliyi qorumağa çalışacağıq. Komandama uğurlar və yeni qələbələr arzulayıram”.

Qeyd edək ki, X turun oyunlarından sonra “Abşeron” 26 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью