Lidholmun ideal 11 liyi Barezi, Barezi, Barezi...

31.07.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveç futbolunun əfsanəsi, "Milan"ın sabiq baş məşqçisi Nils Lidholmun illər əvvəl Franko Barezi haqqında dediyi sözlər yenidən gündəmə gəlib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssisdən karyerası ərzində birlikdə oynadığı və çalışdırdığı futbolçular arasından hər mövqe üçün ən yaxşısını seçərək ideal "11-lik" qurması istənilib.

Lidholm bir neçə saniyə düşündükdən sonra gülümsəyərək belə cavab verib:

"Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi, Barezi."

Bu cavab futbol ictimaiyyətində Franko Barezinin böyüklüyünü ifadə edən ən məşhur sitatlardan biri kimi yadda qalıb.
Nils Lidholm Barezinin inkişafında mühüm rol oynayan məşqçilərdən hesab olunur.

Qeyd edək ki, "Milan" və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi bu gün 66 yaşında vəfat edib.

Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır" "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat AL: "Beşiktaş" növbəti mərhələdə - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью