Lids 2 futbolçusu ilə müqavilənin müdədətini uzatdı

28.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Lids" hücumçu Lukas Nmeça və mərkəz yarımmüdafiəçisi Ao Tanakanın müqavilələrini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Nmeçanın müqaviləsi bir il müddətinə uzadılıb və artıq 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Bu avtomatik uzadılma, oyunçunun müqaviləsindəki keçirdiyi oyun sayına bağlı olan bənd əsasında baş tutub.

Tanakanın müqaviləsi isə artıq 2029-cu ilə qədər qüvvədədir.

Lukas 2025-ci ilin yayında "Lids"ə qoşulub. O, cari mövsümdə meydana çıxdığı 11 oyunda 2 məhsuldar ötürmə edib.

Ao isə "Lids"də 2024-cü ilin avqustundan çıxış edir. O, 4 milyon avro qarşılığında "Fortuna Düsseldorf"dan transfer olunub. Müdafiəçi cari mövsümdə 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью