Lids Harri Uilson üçün hərəkətə keçdi

09.10.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Lids" qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, sözügedən klub digər İngiltərə təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Harri Uilsonu heyətinə qatmaq istəyir.

Yerli mətbuatda yayılan məlumata görə, "Lids" rəhbərliyi Uilsonun Premyer Liqa təcrübəsini və hücumameyilli oyun tərzini nəzərə alaraq onu əsas transfer hədəflərindən biri kimi görür. "Tovuzquşular" qarşı tərəfə gələn ilin yanvarında rəsmi təklif göndərməyə hazırlaşırlar.

28 yaşlı vinger bu mövsüm “Fulhem” forması ilə Premyer Liqada 6 oyuna çıxıb, 1 qol ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

"Lids" rəhbərliyi hesab edir ki, Uilsonun təcrübəsi komandanın Premyer Liqada möhkəmlənməsimdə böyük rol oynaya bilər.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью