“Lids” “Nyukasl” üzərində böyükhesablı qələbə qazandı VİDEO

15.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Lids” İngiltərə Premyer Liqasının dörduncu turunun son oyununda “Nyukasl” üzərində böyükhesablı qələbə qazanıb.

İdman.Biz-in məlumatına görə, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Lids” 32-ci dəqiqədə Luis Maylinin qolu ilə hesabı açıb. Tezliklə Ceyden Boql komandasının üstünlüyünü iki topa çatdırıb. Fasilədən əvvəl isə Dominik Kalvert-Lyuin üçüncü qolu vurub.

İkinci hissədə meydan sahibləri hücumlarını davam etdiriblər. 59-cu dəqiqədə Noa Okafor hesabı 4:0 edib. Görüşün sonlarında Bazumana Ture “Nyukasl”ın təsəlli qolunun müəllifi olub.

Bu qələbədən sonra “Lids” 8 xal toplayaraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Nyukasl” isə 5 xalla 12-ci mövqedə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью