futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin “Lids” klubu Münhenqladbax “Borussiya”sının mərkəz müdafiəçisi Niko Elvedini heyətinə cəlb etdiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı isveçrəli futbolçu ilə bağlanan müqavilənin müddəti barədə ətraflı məlumat verilməyib. “Transfermarkt” portalının bildirdiyinə görə, bu keçid qarşı tərəfə 10 milyon avroya başa gəlib.
Elvedi 2015-ci ildən Almaniya təmsilçisinin şərəfini qoruyurdu. Təcrübəli oyunçu prussiyalıların heyətində keçirdiyi 364 rəsmi matçda 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. O, İsveçrə milli komandasında isə 73 oyunda 3 dəfə fərqlənib.