“Lids”in bombardiri London klubunda

19.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Vest Hem” klubu “Lids Yunayted”in hücumçusu Joel Pironu heyətinə qatdığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Stratford təmsilçisi 27 yaşlı futbolçunu birmövsümlük icarəyə götürüb.

Müqaviləyə əsasən, “Vest Hem” Premyer Liqaya qayıdacağı təqdirdə, niderlandlı forvardı 8 milyon funt-sterlinq müqabilində məcburi satınalma hüququna sahib olacaq.

Piro 2023-cü ildə “Suonsi Siti”dən “Lids”ə keçmişdi. O, Yorkşir təmsilçisinin heyətində keçirdiyi 118 matçda 34 qol vurub və 10 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью