Liftdə qalan şəxslər xilas edildi VİDEO

28.11.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Məlumata əsasən, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью