“Lill” bir qolla liderliyə yüksəldi YENİLƏNİR

10.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Lill” Fransa Liqa 1-in altıncı turunda doğma meydanda “Havr”a 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın yeganə qolunu beşinci dəqiqədə Dilan Bakva vurub.

Bu qələbə ilə xalını 13-ə çatdıran “Lill” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. Eyni xala malik “Monako” ikinci yerdədir. İki xalı olan “Havr” isə sonuncu pillədə qərarlaşıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью