Lill hücumçusunu Almaniya klubuna buraxmayacaq

21.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın "Lill" klubu hücumçusu Conatan Devidi Almaniya təmsilçisi "Bavariya"ya buraxmayacaq.

"Report" RMC-yə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Olivye Letanq bildirib.

O, 24 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini və qərarını gözlədiklərini deyib.

Qeyd edək ki, C.Devid 2020-ci ilin yayından "Lill"də çıxış edir. O, bu mövsüm meydana çıxdığı 19 oyunda 13 qola, 2 məhsuldar ötürməyə imza atıb. Onun hazırkı müqaviləsinin müddəti növbəti ilin yayına qədər nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью