Lill hücumçusunu Almaniya klubuna buraxmayacaq

21.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Fransanın "Lill" klubu hücumçusu Conatan Devidi Almaniya təmsilçisi "Bavariya"ya buraxmayacaq.

"Report" RMC-yə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Olivye Letanq bildirib.

O, 24 yaşlı futbolçuya yeni müqavilə təklif etdiklərini və qərarını gözlədiklərini deyib.

Qeyd edək ki, C.Devid 2020-ci ilin yayından "Lill"də çıxış edir. O, bu mövsüm meydana çıxdığı 19 oyunda 13 qola, 2 məhsuldar ötürməyə imza atıb. Onun hazırkı müqaviləsinin müddəti növbəti ilin yayına qədər nəzərdə tutulub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью