Limada Rusiya əleyhinə bəyannamə qəbul ediləcəkmi? Yeni Çağ Media

16.11.2024

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Lima sammitinin bəyannaməsi razılaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev Teleqram kanalında məlumat verib.

O, yaxın dəqiqələrdə sənədin iştirakçı ölkələr tərəfindən təsdiqlənəcəyini bildirib.

“Bəyannamə tamamilə konsensual xarakter daşıyır və süni şəkildə siyasiləşdirilmiş subyektləri özündə ehtiva etmir”, – Berdıyev vurğulayıb.

Qeyd edək ki, Perunun paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilir.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью