Icma.az, Sportal.az portalına istinadən məlumat verir. "Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov Sportal.az saytına müsahibə verib: -
- Meydana ancaq qələbə üçün çıxmışdıq. Çətin oyun idi. "Sabah" 10 nəfərlə qalandan sonra müdafiədə yaxşı oynayırdı.
Şükürlər olsun ki, qələbə qazana bildik. 3 xal bizim üçün çox vacib idi. Çətin günlərdən keçdik. İnanıram ki, qələbənin davamı gələcək.
- Rəqibin azlıqda qalması oyunun qırılma nöqtəsi oldu? - Deməzdim ki, qırmızı vərəqəyə qədər pis oynayırdıq.
Rəqibin üzərində təzyiq yaradırdıq. Pressinq edirik, rəqib əks-hücumda qol vurur. Bu, sanki bizi həvəsdən salırdı. Çalışdıq ki, ayılaq.
Qırmızı vərəqədən sonra bir az üstün olduq. "Sabah"ın müdafiəsi yaxşı idi. Ona görə bir az çətinlik çəkirdik.
- Baş məşqçinizin qırmızı vərəqə gördüyü epizodun baş rolunda sən idin. Orada nə baş vermişdi? - Məncə, qayda pozuntusuna yol verməmişdim.
Kurban Berdiyev ona əsəbiləşdi. Hakim ona qırmızı vərəqə verməyə də bilərdi. - Karyerasınında ilk dəfə qırmızı vərəqə gördü...