Limon qabığını atmayın. İçində bitki yetişdirin...

16.11.2024

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Limon və ya portağalın suyunu sıxdıqdan sonra qalan qabıqları atmayın.

Mətbəxdə bir çox məhsulu lazımsız yerə zubul qutusuna atdığınızı unutmayın. Limon və portağal qabığı da bu qəbildəndir. Belə ki, limon və ya portağal kimi sitrus meyvələrinin qabıqlarını atmaq yerinə içərisində bitki yetişdirmək üçün istifadə edə bilərsiniz.

Sadəcə görüntüsü gözəl olduğu üçün deyil, bitkilərə olduqca faydalı olduğu üçün də bu üsul məsləhət görülür.

Suyunu sıxdığınız limon və ya portağal qabıqlarının altında kiçik bir deşik açın. İçinə bir ovuc torpaq və cücərtmək istədiyiniz toxumu qoyun. Sitrus meyvələrinin qabıqları torpağı həm nəmli saxlayacaq, həm də tərkibindəki vitaminləri bitkiyə keçirəcəkdir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью