Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Limondan sadəcə limonad hazırlamaq və ya salatlara dad qatmaq, ya da soyuqlama zamanı antioksidant kimi istifadə olunmur.
Olduqca faydalı olan limonun bilinməyən çox sayda istifadə qaydası var ki, bir çoxları bundan xəbərsizdir.
Beləliklə, limonun bilmədiyimiz istifadə qaydaları... - Su ləkəsi olan hamam əşyalarını limon sürtərək təmizləyə bilərsiniz.
- 3 limon, 1 qaşıq vanil və suyu qazanda su qalmayana qədər qaynadın. Bu, evdəki havanı təmizləyəcəkdir.
- 3-4 limonun qabığını 4-5 bardaq su ilə qaynadın. Soyuduqdan sonra saç diblərini bu su ilə masaj edin. 10 dəqiqə saxlayıb durulayın.
Həftədə 1 dəfə bu proseduru edin. Bu, kəpək probleminə qarşı inanılmaz təsirli üsuldur.
- Əlinizə hopan yemək qoxularını əlinizə limon sürtərək yox edə bilərsiniz.