Limonlu su arıqlamağa kömək etmirmiş... Diyetoloq mifi dağıtdı

09.01.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Limonlu suyun arıqlamağa kömək etməsi iddiası mifdir”.

Sfera.az bildirir ki, bunu rusiyalı diyetoloq Evgeniya Zharikova deyib. O qeyd edib ki, arıqlamaq üçün bir çox üsul var, lakin onların hamısı təsirli deyil.

Mütəxəssisin sözlərinə görə, limonlu içki yalnız qidanın udulmasını yaxşılaşdırır və mədə turşuluğunun aşağı olması problemini həll edir:

“Lakin limonlu su yağların parçalanmasına kömək etmir. Digər yanlış və məşhur olan fikirlərdən biri də axşam saat altıdan sonra yemək yeməməklə arıqlaya biləcəyinizdir. Yemək vaxtı çox da önəmli deyil, vacib olan - gün ərzində qəbul etdiyiniz kalorilərin ümumi sayı və axşam nə yediyinizdir. Ac yatmamalısınız, çünki aclıq yuxusuzluğa səbəb ola bilər. Yuxu pozğunluğu səbəbindən isə bədən lazımi enerjini almayacaq. Bu isə həddindən artıq yeməyə səbəb ola bilər”.

Diyetoloq yatmazdan 2-3 saat əvvəl yeməyi məsləhət görüb.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью