Linqvistikaya dair əlyazmalar kataloqunun birinci cildi nəşr olunub

28.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 oktyabr, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri dosent Elnurə Babayevanın və böyük elmi işçi Rüxsarə Məmmədovanın tərtib edib çapa hazırladıqları “Linqvistikaya dair əlyazmalar kataloqu”nun I cildi nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Yeni nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, kitabda yer alan geniş “Ön söz”ün müəllifi dosent Elnurə Babayevadır.

Kitabda institutda saxlanılan linqvistikaya dair türk, ərəb, fars və Azərbaycan dillərində olan əlyazmaların elmi-paleoqrafik təsviri verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью