Linz Qran prisində son gün: Ağırçəkili cüdoçularımız mübarizəyə qoşulur

08.03.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriyanın Linz şəhərində təşkil olunan cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulur. Yarışın son günündə Azərbaycan millisinin iki ağırçəkili təmsilçisi medallar uğrunda mübarizəyə daxil olur.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançılarımız 1/16 final mərhələsindən yarışa başlayacaqlar. Camal Qamzatxanov Böyük Britaniya təmsilçisi Uesli Qriniçlə qarşılaşacaq. Digər cüdoçumuz Uşanqi Kokauri isə polşalı Yakub Sordillə gücünü yoxlayacaq.

Təsnifat mərhələsinin döyüşləri Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Medal qarşılaşmalarının keçiriləcəyi final bloku isə saat 20:00-da start götürəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью