“Lion” Bakıya hansı nəticə ilə gəlir?

25.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Liqasında “Qarabağ”ın növbəti rəqibi “Lion” Fransa Liqa-1-də növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, onlar 12-ci turda “Reims”in qonağı olublar.

Oyunda hesabı 38-ci dəqiqədə Cherkinin qolu ilə “Lion” açıb. 56-cı dəqiqədə Diakite meydan sahiblərinin cavab qolunu vurub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Bu xal itkisindən sonra “Lion” turnir cədvəlində 5-ci yerdən 6-cı pilləyə düşüb (19 xal). Lider PSJ-nin 12 oyundan 32 xalı var.

Xatırladaq ki, “Qarabağ”la “Lion” arasında Avroliqanın 5-ci turunun matçı noyabrın 28-də Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью