Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın "Lion" klubu baş məşqçi Paulo Fonseka ilə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandaya müvəqqəti olaraq Xorxe Masiel rəhbərlik edəcək. O, "Lion"u UEFA Avropa Liqasında "Real Sosyedad"la və Fransa çempionatında "Brest"lə oyunlara çıxaracaq.
Qeyd edək ki, "Lion" hazırda Fransa Liqa 1-in turnir cədvəlində 3-cü, UEFA Avropa Liqasının ümumi cədvəlində isə 12-ci pillədə qərarlaşıb.