Lion Centre MMC nin direktoru tərəfindən Cənab İlham Əliyevə MÜRACİƏT

15.04.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bakı sakini "Lion Centre"MMC-nin direktoru Aslanov Ramil Xurşud oğlu ona qarşı Bakı Baş Gömrük İdarəsinin Rəhbərliyi Elmir Ramazanov tərəfindən yaradılan süni əngərlər şəxsi prinsip xarakterli, eyni zamanda ...

Bakı şəhər sakini Aslanov Ramil Xurşud oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə  Cənab İlham Əliyevə müraciət edir:

Surəti Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyeva
Surəti Azərbaycan Respublikasının Baş Naziri Cənab Əli Əsədov
Surəti Milli Məclisin Sədri Sahibə Xanım Qafarova
Surəti Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin Müdiri cənab Şahmar Mövsümov
Surəti Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev
Surəti Azərbaycan Respublikasının Baş Prokurorun müavini cənab Elmar Camalov
Surəti Azərbaycan  Respublikasının Baş Prokurorluğu, Ədliyyə Gömrük və Vergi Orqanlarının İstintaq Təhqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin Rəisi cənab Ceyhun Kazımov
Surəti Azərbaycan Respublikasının  İqtisadiyyat  Naziri cənab Mikayıl Cabbarov
Surəti Azərbaycan Respublikasının İqtisadiyyat  Nazir müavini cənab Elnur Əliyev

"Hörmətli Cənab Prezident!

Çox uzun müddətdir ki, mənə qarşı Bakı Baş Gömrük İdarəsinin Rəhbərliyi Elmir Ramazanov tərəfindən yaradılan süni əngərlər şəxsi prinsip xarakterli, eyni zamanda vəzifəli şəxsin vəzifə səlahiyyətləri aşma və sahibkarı qəsdən süründürməçiliyə məruz qoyan, saxta sənədlərlə, saxta hesablamalarla, saxta rəqəmlərlə, saxta qiymətlərlə, özündən  uydurma və havadan götürülmüş 97665 manat  rəqəmlərilə ittiham edərək qanunsuz və prosessuar pozuntularla dolu olan protokol və ya raportla dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yönəldərək mənə qarşı cinayət işi ilə hədələmə, qanunsuz araşdırmalar davam edir.
 DGK-nin Əməliyyat-İstintaq Baş  İdarəsi hələdə öz əsas vəzifələri tam olduğunu anlamır və bilmir. 
Belə ki, Əməliyyat və İstintaqın əsası: hərtərəfli tam və obyektiv işin aparılmasıdır. Lakin göz qabağındadır ki, həmin araşdırma natamam – (mən göstərdiyim istinadları, sübutları, faktları, qanun pozuntularını görməzdən gəlir və onlara məhəl qoymurlar), birtərəf – (yəni elmir ramazanovun diktəsilə, əsassız, mənə məxsus olmayan, qanunsuz yollarla əldə olunmuş sənədlərlə və uydurma rəqəmlərlə ittiham etmələri), qeyri obyektiv – (onlar dediklərinin və göstərdiklərinin əksini mən isbad etdikdə faktlar və sübutlar göstərdikdə  ədalətli qərar vermirlər və yenədə onlara məhəl qoymurlar). 
Mənə maraqlıdır bu faktlar prosessual pozuntularla və qanunsuz yollarla əldə olunmuş sənədləri prosessual rəhbərliyi həyata keçirən prokuror nəyə baxıb və niyə baxmır, qarşısını niyə almır.

Hörmətli Cənab Prezident! 

Yuxarıda yazılanları nəzərə alaraq məni təcili əlimdəki sübutlarımla, faktlarımla, əsaslarımla birlikdə qəbul etməyinizi və ya sahibkarlıq fəaliyyətimə qanunsus müdaxilələrin, qanunsuz təzyiqlərin, süründürməçiliklərin, bürokrat əməllərin, natamam və qeyri obyektiv araşdırmaların, vəzifə öz başınlaqlarına son qoyulması üçün  baş naziri Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümova, Respublikanın Baş Prokuroru Kamran Əliyevə, Respublikanın Baş Prokurorun müavini Elmar Camalova,  Baş Prokurorluğun, Ədliyyə Gömrük və Vergi orqanlarının İstintaq Təhqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımova, İqtisadiyyat Naziri Mikayıl Cabbarova, İqtisadiyyat Nazir müavini cənab Elnur Əliyevə məni təcili olaraq qəbul etmələri barədə göstəriş verməyinizi sizdən xahiş edirəm". 

Hörmətlə:

Bakı Nəsimi rayonu Süleyman Rəhimov küç150 mən3 
Tel 0502107910   0552107910
"Lion Centre"MMC-nin direktoru Aslanov Ramil Xurşud oğlu

Vüsalə Nəciyeva

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью