Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Lion” futbol klubu bu qış “Real Madrid”dən icarəyə götürülmüş braziliyalı hücumçu Endriklə müqaviləni uzatmaqda qərarlıdır.
İdman.Biz-in ESPN-ə istinadən məlumatına görə, klub Endrikin icarə müddətini uzatmağa çalışır. Məşqçi Paulo Fonseka rəhbərlikdən hücumçunun daha uzun müddət komandada qalmasını təmin etmək üçün əlindən gələni etməsini tələb edir.
Endrik “Lion”da üç oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Ən son oyununda o, het-trik edərək komandanın 5:2 hesablı qələbəsinə töhfə verib. Klublar arasında icarə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir və “Lion” oyunçunun maaşının 50 faizini ödəyir.
Qeyd etmək lazımdır ki, “Lion”un Endrik üçün satın alma variantı yoxdur, yəni o, icarə müddətinin sonunda “Real Madrid”ə qayıtmalı olacaq. Klublar mümkün icarə müddətinin uzadılmasının təfərrüatlarını müzakirə etməyə davam edirlər, lakin hələlik yekun qərar verilməyib.