Lion sənədli filmi təqdim edildi

18.08.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"National Geographic" kanalı şirlərin hakimiyyət uğrunda mübarizəsindən və böyümə hekayəsindən bəhs edən "Lion" adlı yeni sənədli serialını təqdim edib.
Kulis.az xəbər verir ki, dörd seriyadan ibarət olan ekran işinin icraçı prodüserliyini "Iron Man", "Elf" və 2019-cu il istehsalı "Şir Kral" (The Lion King) filmlərinin rejissoru Con Favro və “BBC Studios”un nümayəndəsi Mayk Qanton icra edəcək.
Ekran işinin musiqiləri isə tanınmış bəstəkar Hans Zimmer, Nikkolo Paçella və Corc Hyoston Uorren tərəfindən ərsəyə gətirilib.
Sənədli film Keniyanın Masai Mara Milli Qoruğunda yaşayan Kio adlı şir balasının dörd illik həyat mübarizəsindən, kral və kraliçalar arasındakı xaosda yetkinləşmə prosesindən bəhs edir.
Çəkiliş qrupu tək bir şir sürüsü ilə 1400 gündən çox vaxt keçirərək tarixi baxımından unikal kadrlar lentə alıb.
Qeyd edək ki, "Lion" sənədli serialı avqustun 20-də "National Geographic" kanalında, avqustun 21-də isə "Disney+" platformasında nümayiş olunacaq.

III Beynəlxalq Opera Festivalı keçiriləcək Altın Portakal Film Festivalının Fəxri Mükafatları onlara veriləcək Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью