Lion un azarkeşinə nasist davranışa görə cəza

18.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa çempionatında "Lion"un fanatı şərti 3 ay həbs olunub.

İdman.biz xəbər verir ki, buna səbəb onun "Starburq"la oyunda nasist salam verməsidir.

Hadisə avqustun 30-da Fransa Liqa 1-in səfər matçında baş verib. Prokuror 18 yaşlı fanata 6 aylıq şərti həbs və iki il idman yarışlarından uzaqlaşdırma cəzası tələb edib. Bu gün məhkəmə məsələyə yenidən baxıb. Azarkeşin cəzası 3 aya kimi azaldılıb. Bundan başqa, o, Holokost qurbanlarının memorialında öz hesabına təcrübə keçəcək.

Qeyd edək ki, fanatın iki illik idman yarışlarından uzaqlaşdırılması tələbi dəyişməyib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью