“Lion” və “Aston Villa” 1/8 finalın ilk iştirakçılarıdı

29.01.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 22-də Avropa Liqasının (AL) əsas mərhələsində 7-ci turun oyunları keçirildi. Artıq 1/8 finalın ilk iki iştirakçısı məlumdu.

"Football-plus.az" xəbər verir ki, liqa mərhələsində 6-cı turdan sonra azı pley-offda oynamaq hüququ qazanan ilk 6 komanda məlum idi.
“Lion”, “Midtüllann”, “Aston Villa”, “Frayburq”, “Betis” və “Ferentsvaroş”un növbəti hədəfi ilk “8-liy”i təmin etmək idi. Bu komandalardan şərikli liderlərin şansı daha yüksək qiymətləndirilirdi. Onlardan biri - “Midtüllann” Norveçdə “Brann” ilə keçirdiyi oyunda qələbəni son anda əldən verməklə 1/8 finala erkən vəsiqə qazanmaq şansından yararlana bilmədi.
Əvəzində digər iki komanda qalib gəlməklə bu mərhələdə iştirakını təmin etdi. “Yanq Boyz”a İsveçrədə minimal hesabla qalib gələn “Lion” mövqeyini qorudu. Topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qalan Fransa klubu AL-dəki qollarının sayını 150-yə çatdırdı. Lionluların cari əsrdə avrokuboklarda 18-ci dəfə 1/8 finala çıxdıqlarını və bu göstəriciyə əsasən Fransanın lideri olduqlarını da qeyd edək.
“Fənərbaxça”nı İstanbulda 1:0 hesabıyla məğlub edən “Aston Villa” da xalını 18-ə artıraraq 2-ci yerə yüksəldi. Ev sahibləri birmingemlilərin qapısına 8 dəqiq zərbə endirsələr də, qol vura bilməməklə qitə kuboklarında son 16 ildə ən pis göstəricisi ilə yadda qaldılar. Unay Emeri isə məşqçilik karyerasında daha bir rekorda imza atdı. “Aston Villa”nın baş məşqçisi AL-də 100 oyunun həyəcanını yaşayan ilk mütəxəssis oldu.
Xatırladaq ki, ispaniyalı həm də bu turnirdə ən çox qalib gəlan məşqçidi. “Sevilya” ilə 3 dəfə (2013/14, 2014/15, 2015/16) titula yiyələnən Emeri 1 dəfə də “Vilyarreal”ı çempionluğa daşıyıb.
Liqa mərhələsində finişə bir tur qalmış azı pley-offa vəsiqəni təmin edən komandaların sayı 17-yə qalxdı. Onlar “Midtüllann”, “Frayburq”, “Betis”, “Ferentsvaroş”, “Roma”, “Bolonya”, “Genk”, PAOK, “Panatinaikos”, “Braqa”, “Selta”, “Srvena Zvezda”, “Nottingem Forest”, “Fənərbaxça”, “Portu”, “Ştutqart” və “Viktoriya”dı. Xatırladaq ki, ilk 8 yerin sahibi AL-in 1/8 finalında oynamaq hüququ qazanacaq. 9-24-cü yerləri tutanlar isə bu mərhələyə vəsiqə uğrunda pley-off oyunlarında gücünü sınayacaqlar.
Hesabat turunda “Betis”in PAOK-a uduzmasından (0:2) sonra “Frayburq”, “Ferentsvaroş” və “Viktoriya” (Plzen) məğlubiyyətsiz seriyasını davam etdirən komandalar kimi qaldılar.
liqa mərhələsi, 7-ci tur
Yanq Boyz (İsveçrə) - Lion (Fransa) 0:1

Meytlend-Nayls, 45+1.
Lion: Deşam, Meytlend-Nayls, Klyuvert, Mata, Talyafiko (Manqalya, 46), Mera (İmber, 76), Tessman, Morton (De Karvalyo, 90+1), Karabets, Şults (Qonsalves, 90+1), Moreyra (Tolisso, 76).
Fənərbaxça (Türkiyə) - Aston Villa (İngiltərə) 0:1
Sanço, 25.
Fənərbaxça: Ederson, Semedu (Dəmir, 56), Şkrinyar, Ostervolde, Mərt Müldür, Fred, Yüksək (Alvares, 73), Nene (Talişka, 56), Asensio, Aktürkoğlu, Duran.
Aston Villa: Bizot, Keş (Maatsen, 75), Lindelöf, Minqs, Din, Boqard, Tilemans (Hemminqs, 90+2), Sanço (Andres Qarsiya, 75), Rocers (Qessan, 75), Buendiya (Onana, 75), Uotkins.
Frayburq (Almaniya) - Makkabi (Təl-Əviv, İsrail) 1:0
Matanoviç, 82.
Brann (Norveç) - Midtüllann (Danimarka) 3:3
Holm, 19. Kornviq, 68-p. Soltvedt, 90+10-p. – Erliç, 4; 70. Brumado, 31.
Braqa (Portuqaliya) - Nottingem Forest (İngiltərə) 1:0
Yeyts, 51-öz qapısına.
Roma (İtaliya) - Ştutqart (Almaniya) 2:0
Pizilli, 40; 90+3.
Ferentsvaroş (Macarıstan) - Panatinaikos (Yunanıstan) 1:1
Yusuf, 62-p. – Zaruri, 86.
PAOK (Yunanıstan) - Betis (İspaniya) 2:0
Jivkoviç, 67. Yakumakis, 86-p.
Viktoriya (Plzen, Çexiya) - Portu (Portuqaliya) 1:1
Çerv, 6 - Gül, 90.
Utrext (Niderland) - Genk (Belçika) 0:2
Əl-Uahdi, 54. Heymans, 83-p.
Malmö (İsveç) - Srvena Zvezda (Serbiya) 0:1
Kostov, 16.
Selta (İspaniya) - Lill (Fransa) 2:1
Svedberq, 1. Starfelt, 69 – Jiru, 86.
Bolonya (İtaliya) - Seltik (Şotlandiya) 2:2
Dallinqa, 58. Rou, 72 – Hatate, 6. Trasti, 40.
Feyenoord (Niderland) - Şturm (Avstriya) 3:0
Vatanabe, 5. Hac-Mussa, 69. Borjeş, 90.
Reyncers (Şotlandiya) - Ludoqorets (Bolqarıstan) 1:0
Dyomande, 33.
Dinamo (Xorvatiya) - FKSB (Rumıniya) 4:1
Bakrar, 7. Belyo, 11; 71. Kulenoviç, 90+3 – Bırlica, 72.
Zaltsburq (Avstriya) - Bazel (İsveçrə) 3:1
Alaybeqoviç, 4; 12. Kretsiq, 35 – Aqbonifo, 56.
Nitsa (Fransa) - Qou Ehed İqls (Niderland) 3:1
Vanhautte, 10. Tyaqo Qouveyya, 41; 59 – Stokkers, 68.
1. Lion 7 6 0 1 14-3 18
2. Aston Villa 7 6 0 1 11-4 18
3. Frayburq 7 5 2 0 10-3 17
4. Midtüllann 7 5 1 1 16-8 16
5. Braqa 7 5 1 1 11-5 16
6. Roma 7 5 0 2 12-5 15
7. Ferentsvaroş 7 4 3 0 12-7 15
8. Betis 7 4 2 1 11-6 14
9. Portu 7 4 2 1 10-6 14
10. Genk 7 4 1 2 9-6 13
11. Srvena Zvezda 7 4 1 2 6-5 13
12. PAOK 7 3 3 1 15-10 12
13. Ştutqart 7 4 0 3 12-7 12
14. Selta 7 4 0 3 14-10 12
15. Bolonya 7 3 3 1 11-7 12
16. Nottingem Forest 7 3 2 2 11-7 11
17. Viktoriya P 7 2 5 0 7-3 11
18. Fənərbaxça 7 3 2 2 9-6 11
19. Panatinaikos 7 3 2 2 10-8 11
20. Dinamo 7 3 1 3 12-14 10
21. Lill 7 3 0 4 11-9 9
22. Brann 7 2 3 2 9-10 9
23. Yanq Boyz 7 3 0 4 8-13 9
24. Seltik 7 2 2 3 9-13 8
25. Ludoqorets 7 2 1 4 11-15 7
26. Feyenoord 7 2 0 5 10-13 6
27. Bazel 7 2 0 5 9-12 6
28. Zaltsburq 7 2 0 5 8-12 6
29. FKSB 7 2 0 5 8-15 6
30. Qou Ehed İqls 7 2 0 5 6-14 6
31. Reyncers 7 1 1 5 4-11 4
32. Şturm 7 1 1 5 4-11 4
33. Nitsa 7 1 0 6 7-14 3
34. Utrext 7 0 1 6 3-11 1
35. Malmö 7 0 1 6 3-13 1
36. Makkabi T-Ə 7 0 1 6 2-19 1
Bombardir: Staniç (Ludoqorets) - 6.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью