Lion Yuventus un sabiq baş məşqçisi ilə danışıqlara başlayıb

02.11.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paulo Fonsekanın "Sportinq"in "sükanı arxasına" keçəcəyi artıq dəqiqləşib. Sport24.az "L"Equipe" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu ay milli komandaların oyunları ilə bağlı yaranan fasilədə Portuqaliya klubunda işə başlayacaq.
Tanınmış insayder Fabrisio Romano isə Fonsekanı "Lion"da əvəzləyə biləcək namizədin adını açıqlayıb. Onun sözlərinə görə, Fransa klubu Tyaqo Motta ilə artıq danışıqlara başlayıb.
Qeyd edək ki, Braziliya və İtaliya pasportuna malik 44 yaşlı mütəxəssis karyerası ərzində "Cenoa", "Bolonya", "Spesiya" kimi klubların "sükanı arxasında" olub. Onun son işi yeri 2024/25 mövsümündə çalışdığı "Yuventus" olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью