Icma.az bildirir, Qol.az portalına istinadən.
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Portuqaliyalı mütəxəssis Paulo Fonseka “Sportinq”in yeni baş məşqçisi təyin olunub.
QOL.az xəbər verir ki, bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2030-cu ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, noyabrın 4-də “Lion” (Fransa) Fonsekanın baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb. “Sportinq”in müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün Fransa klubuna 5 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Fonseka bu vəzifədə Rui Borjeşi əvəzləyib.