Lionel Messi 1176 cı oyununda bunu bacardı

21.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

İnter Mayami"nin hücumçusu Lionel Messi hazırda MLS-də növbəti dəfə fərqlənib. Sport24.az xəbər verir ki, argentinalı ulduz futbolçu "San-Dieqo" ilə matçda adını tabloya yazdırıb. 

Bu Messinin karyerasında 1176 oyunda vurduğu 930-cu qol olub. Dünya ulduzu "İnter Mayami" ümumilikdə 101 və 2026-cı il mövsümündə isə 20-ci dəfə adını tabloya yazdırıb. Hücumçunun aktivində həmçinin 424 məhsuldar ötürmə var.

"Əl-Nəsr"in 41 yaşlı hücumçusu Kriştiano Ronaldo 1337 oyunda 979 qol vurub və 261 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью