Lionel Messi 9 cu dəfə bu şərəfə layiq görülüb

08.07.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Lionel Messi MLS-də turun ən yaxşı oyunçusu seçilib.

İdman.biz xəbər verir ki, argentinalı futbolçu "İnter Mayami"nin ötən həftəsonu "Monreal İmpakt"a 4:1 hesabı ilə qalib gəldiyi oyunda iki qol vurub və məhsuldar ötürmə edib.

Beləliklə, Messi MLS-in hazırkı mövsümündə üçüncü dəfə turun ən yaxşısı seçilib.

Leo "İnter Mayami"dəki karyerası ərzində 9-cu dəfə bu şərəfə layiq görülüb. Argentinalı 2023-cü ildən MLS-də çıxış edir.

Qeyd edək ki, Messi bu mövsüm MLS-də 14 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью