Lionel Messi də Səudiyyə Ərəbistanına gedir?

03.06.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lionel Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi ehtimalı meydana çıxıb.

İdman.biz xəbər verir ki, onun atası Xorxenin bu ölkənin Sərmayə Fondu ilə danışıqlar apardığı bildirilib.

Məlumatda argentinalı ulduzun ABŞ MLS çempionatının səviyyəsindən narazı qaldığı vurğulanıb. Messinin bu ilin sonunda "İnter Mayami" ilə başa çatacaq müqaviləsini artırmayacağı gözlənilir. Səudiyyə Ərəbistanında idmanla bərabər marketinq layihəsin ətrafında müzakirələr aparılır.

Qeyd edək edək ki, iki il əvvəl "Əl-Hilal" Messiyə rekord müqavilə təklifi versə də, futbolçu Səudiyyə Ərəbistanına yollanmaq imtina etmişdi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью