Lionel Messi Hollivud FİLMİNDƏ VİDEO

30.06.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Argentina milli komandasının kapitanı Lionel Messi “Hörümçək-adam: Yeni gün” (Spider-Man: New Day) filminin tizerində rol alıb.

Redaktor.az xəbər verir ki, ekran işinin sözügedən tizeri “Sony Pictures” şirkətinin rəsmi “YouTube” kanalında yayımlanıb.

Süjetə əsasən, Messi Nyu-Yorkda britaniyalı aktyor Tom Hollandın canlandırdığı Piter Parkerin olduğu mağazaya daxil olur. Futbolçunu görəndə təəccüblənən Parker telefon dəstəyini əlindən salaraq yerə yıxılır və argentinalı ulduzdan burada nə etdiyini soruşur. Messi isə cavabında “Hörümçək-adam”ı axtardığını bildirir.

Bundan dərhal sonra “Hörümçək-adam” kostyumunu geyinən Parker Messidən yüksəklikdən qorxub-qorxmadığını soruşur. Videoda ispanca danışan futbolçu sualı başa düşmür və növbəti kadrda “Hörümçək-adamın” qorxudan qışqıran Messini tutaraq Nyu-York səmalarında öz toru ilə uçduğu görünür.

Xatırladaq ki, ekran işi iyulun 31-də kinoteatrlarda yayımlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью