Lionel Messi klublararası dünya çempionatı barədə nə düşünür?

01.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"İnter Mayami"nin hücumçusu Lionel Messi klublararası dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, bu barədə "Apple Music"ə müsahibəsində danışıb:

"Düşünürəm ki, "İnter Mayami" üçün ilk dəfə Dünya Kubokunda iştirak etmək çox vacibdir. ABŞ-da keçiriləcək və MLS-in iki komandasının turnirdə iştirakı əladır. Bütün bunlar MLS-in futbol liqası kimi böyüməsinə fürsət yaradır. Futbolçular buraya gəlib karyeralarında irəliləyişə nail ola bilərlər".

Qeyd edək ki, argentinalı ulduz 2023-cü ilin yayında "İnter Mayami" ilə anlaşıb. Onun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью