Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir

04.12.2024

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıya gəlir.

Qaynarinfo xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Bu gönderiyi Instagram'da gör

ADNAN AHMADZADA (@adnan555)'in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью