Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb

20.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Argentina yığmasının futbolçusu Lionel Messi milli komandalar tarixində assist rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, 37 yaşlı hücumçu buna DÇ-2026-nın seçmə mərhələsində, evdə Peru millisinə qarşı matçda nail olub.

Bu qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan forvard assistlərinin sayını 58-ə çatdırıb.

O, bu göstəricidə indiyədək lider olan ABŞ millisinin əfsanəvi oyunçusu Lendon Donovana çatıb.

Qeyd edək ki, Argentina Perunu 1:0 hesabı ilə məğlub edib. Son dünya çempionu 25 xalla liderdir, qonaqlar 7 xalla sonuncu - 10-cu sıradadır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью