Lionel Messi və Serxio Buskets tandemi rekorda imza atdı

22.05.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnter Mayami" klubunun futbolçuları Lionel Messi və Serxio Buskets tandemi futbol tarixində yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Lionel Messi və Serxio Buskets 621-ci dəfə eyni vaxtda meydanda komanda yoldaşı olublar. Əvvəl "Barselona"da çiyin-çiyinə çıxış edən cütlük "İnter Mayami"də də birgə forma geyinir. Bunadək də rekord Busketslə bağlı idi. O, Jerar Pike ilə 620 matçda bir yerdə oynayıb. Bunlardan 533-ü "Barselona", 87-si İspaniya millisində olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью