Lionel Messi yeni rekorda imza atıb

30.11.2025

Apasport saytına istinadən Icma.az xəbər verir.

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu dünyanın ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Təcrübəli hücumçu bunu MLS-in Şərq Konfransının pley-off mərhələsində “Nyu-York Siti” ilə final matçında (5:1) assist etməklə bacarıb. Peşəkar karyerasında məhsuldar ötürmələrin sayını 405-ə çatdıran ulduz futbolçu macarıstanlı Ferens Puşkaşı geridə qoyaraq, bu nominasiya üzrə bütün zamanların ən yaxşısı olub.

Qeyd edək ki, “İnter Mayami” MLS-də mövsümün həlledici oyununu Qərb Konfransının qalibi olan Kanadanın “Vankuver” klubuna qarşı keçirəcək. Çempionluq matçı dekabrın 6-da reallaşacaq.

Keçmiş klubu Feliksi geri qaytarmaq istəməyib “Mançester Siti” evdə qalib gəlib “Barselona” “Alaves”i məğlub edib "Qalatasaray" azarkeşlərinə şad xəbər: Derbidə çıxış edə bilər A Seriyasından Premyer Liqaya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью