Lionel Messi zədələnib

03.08.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi zədələnib. SİA xəbər verir ki, 38 yaşlı hücumçu Liqa Kubokunun II turunda “Nekaksa” ilə oyunda sıradan çıxıb.

Matçın əvvəlində diz nahiyyəsində ağrı hiss edən təcrübəli oyunçu 11-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Xavyer Maskerano ulduz futbolçunun durumuna bu gün aydınlıq gələcəyini bildirib. Onun sözlərinə görə, Messinin ağrıları az olduğundan zədəsinin ciddi olmadığı ehtimal edilir.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью