Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin superulduzu Lionel Messi dünya çempionatlarında daha bir rekord müəllifi olub.
Fanat.Az-ın hesablamalarına görə, təcrübəli hücumçu mundiallarda 11 müxtəlif komandanın qapısına yol tapmağı bacaran ilk futbolçu ünvanına sahib çıxıb.
Beləliklə, Messi 10 müxtəlif yığmanı cəzalandırmağı bacaran oyunçuları - Kriştianu ronaldunu, yürgen Klinsmannı və Miroslav Klozeni geridə qoyub.
Xatırladaq ki, hazırda davam edən DÇ-2026-nın qrup mərhələsinin birinci turunda Seneqal seçməsini 3:0 hesabı ilə üstələyən Argentinanın heyətində het-triklə yadda qalan Leo mundiallar tarixinin ən yaxşı bombardiri Miroslav Klozeyə çatıb - hərəyə 16 qol.
Nihat